Özünü "Mehdi" elan edən iranlı insanlara dəhşət yaşatdı - VİDEO

İranın İsfahan şəhərində qəribə hadisə baş verib. Özünü Mehdi elan edən şəxs at belində əlində qılıncla küçəyə çıxıb. Sakinlərə qorxulu anlar yaşadan şəxs, İranın Ali dini lideri Ayətullah Əli Xameneinin ünvanına sərt ifadələr səsləndirib.

Polis əvvəlcə bibər qazı ilə "Mehdi"ni zərərsizləşdirməyə çalışıb, bu mümkün olmayanda ona zopa ilə hücum edilib və sonda motosikletlə vurulub. Və nəhayət şübhəli saxlanılıb. SİA həmin videonu təqdim edir:

Bütün xəbərlər Facebook səhifəmizdə