İsveçrəli Steven Zuber türkiyəli Hamit Altıntopun rekordunu yeniləyib

Futbol üzrə "Avro-2020"nin A qrupu çərçivəsində Bakı Olimpiya Stadionunda Türkiyə millisi ilə oyunda İsveçrə millisinin üzvü Steven Zuber fərqlənib.
SİA xəbər verir ki, 3 məhsuldar ötürmə edən S.Zuber türkiyəli futbolçu Hamit Altıntopun rekordunu yeniləyib.
Qeyd edək ki, türkiyəli futbolçu "Avro-2008"in qrup mərhələsi çərçivəsində Çexiya millisi ilə oyunda 3 məhsuldar ötürmə ilə rekorda imza atmışdı. Oyun Türkiyə millisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə