3 gündə 30 kilometr yol qət etdi - Tısbağa

Türkiyənin Muğla bölgəsində "Talay" adlandırılan yaşıl dəniz tısbağası 3 gündə təxminən 30 kilometr yol qət edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, təxminən 9 ay əvvəl balıq tutan çubuğu udaraq yaralanan tısbağa müalicə olunub. Tısbağa peyk izləmə cihazı əlavə edilərək 3 gün əvvəl təbiətə buraxılıb.

Tısbağanın ilk gündə 10 kilometr yol qət edərək Ekincik Körfəzinə çatdığı təyin olunub. 3 günün sonunda "Talay”ın daha 20 kilometr yol qət etdiyi və Marmarisdəki Aksaz mövqeyinə çatdığı təyin olunub.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...