Bütün saç tiplərində istifadə edilə bilər

Bir stəkan qatıq götürüb saçların diblərindən başlayaraq bütöv uzunluğuna tətbiq edin. Duş papağı taxaraq maskanı 45 dəqiqə saxlayıb, adi qaydada yuyun.

Saçlarınız çox gözəl parlayacaq və ipək kimi yumuşaq olacaq. Qatıq saçın folekulasını bərkidir, pH balansı təmzimləyir, tökülmənin qarşısını alır və saçların uzanmasına kömək olur.

Bu maskanı həftədə 1 dəfə, 2-3 ay istifadə etməklə gözəl və sağlam saçlara sahib ola bilərsiniz.

Yağlı saçlar üçün yağlığı az olan qatıqdan istifadə etməyiniz tövsiyə olunur.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə