İnsan beyni bir çox işi eyni anda yerinə yetirən sistemə malikdir. İnsan beyninin qeyri-adi qabiliyyəti sayəsində eyni anda bir çox işi görə bilirik. Bu uyğunluğu təmin edən isə beyindəki sinir hüceyrələrinin bir-birləri ilə əlaqəsidir. SİA insan beyni ilə bağlı maraqlı faktları təqdim edir:
1. İnsan beyninin ağırlığı təxminən 1.3 kiloqram civarındadır.
2. Beyniniz ölməyə başlamazdan əvvəl ən çox 4-6 dəqiqə arasında oksigensiz qala bilər.
3. Beyninizdə tam 100 milyard sinir hüceyrəsi var.
4. “İnsan beyninin yüzdə onunu istifadə edir” deyimi səhvdir. Beynin hər bölgəsinin bir funksiyası vardır.
5. Hər insan doğulanda eyni sayda beyin hüceyrəsinə malik olur.
6. Toxunma duyğusu ilk yaranan duyğudur. Ana bətnində olarkən əmələ gəlir.
7. Beyninizi davamlı işlədin. Kitab oxumaq, test və ya krossvord həll etmək yaddaşı gücləndirir.
8. Hər vaxt müsbət düşünün. Araşdırmalar həkimlərə müraciət edənlərin yüzdə 60-nın psixoloji səbəblərlə həkimə müraciət etdiyini ortaya qoyur.
9. Qidalanmanın beynə olduqca faydalı təsiri vardır. Nyu-Yorkda aparılan bir araşdırmada günorta yeməyində süni souslar və qidalandırıcılar istifadə etməyənlərin IQ səviyyələrinin digərlərinə nisbətən yüzdə 14 daha yüksək olduğunu ortaya qoyub.
10. Bir şey xatırladığınız, öyrənmə zamanı və yeni düşüncələr yaratdığınız hər an beyninizdə yeni əlaqələr qurursunuz.
11. Qoxu vasitəsilə əldə etdiyiniz bir xatirəniz, beyninizdə qurulan ən romantik əlaqədir.
12. Yuxunuzu təşkil edin. Beyninizin ən çox istirahət etdiyi an yuxuda olduğunuz anlardır.
13. Beyin gün ərzində 12 vatt gücündə enerji sərf edir. Vücud ağırlığının sadəcə 2 %-ni təşkil etməsinə baxmayaraq, beyin bütün enerjisinin 20 %-ini işlədir. Diqqətli və uzun düşünmə vaxtı sərf etdiyimiz enerji o qədər kiçikdir ki, heç hiss də olunmur.
14. Gurultulu bir otaqda nə üçün telefonla danışmaq çətindir? Bu vəziyyətdə beyniniz telefondakı yoldaşınızın səsi ilə otaqdakı digər səsləri ayırd etməkdə çətinlik çəkir. Telefonunuzun mikrofonunu əlinizlə bağladığınız anda əslində içində olduğunuz otaqdakı səslərin telefona girməsinə mane olduğunuz üçün səs qarışığına mane olmaqla beyninizin işini asanlaşdırır.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə