Yüzillik müharibə həqiqətən də yüz il çəkib?

Yüzillik müharibə İngiltərə və Fransa arasında 1337-1453-cü illərdə baş vermiş müharibənin adıdır. SİA xarici mətbuata istinadən xəbər verir ki, lakin bu müharibə 100 deyil, 116 il davam edib. Görünür ki, müharibənin adında yuvarlaqlaşdırılmış rəqəmin tərcih edilməsi qulağa xoş gəlib.

Əslində müharibə 116 illik bir dövrü əhatə etsə də, tərəflər 116 il boyunca davamlı olaraq müharibə etməyib. Onlar müharibəni dayandırdıqlarını rəsmən elan etmədən neçə il əvvəl hərbi əməliyyatları faktiki olaraq "dondurmuşdular". Lakin müharibəni sona çatdırmaq üçün müqavilə imzalamaq nə qədər çox gecikdirilərsə, müharibənin nəyə görə baş vermə səbəbinin də o qədər çox unudulacağı düşünülürdü.

Əslində “yüzillik” adlandırılan bu müharibəni sona çatdıran sülh müqaviləsi tərəflər arasında bağlanan ikinci müqavilə idi. Əslində adını bəlkə də çoxlarınızın eşitmədiyi "Bretigny" adlı ilk müqavilə 1360-cı ildə imzalanıb. Lakin müharibəni özləri saxlaya bilməyən fransızlar bir daha başladı. Görünür 116 illik dövrü əhatə edən bu müharibənin fransızlar tərəfindən başlanmasının səbəbi Gaskoniya, Akitaniya və Calais ərazilərinin öz əllərindən çıxmasını qəbul edə bilməməsi olub.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə