Özbəkistanda VIII əsrə aid Quran kitabı bərpa ebilib

Özbəkistanın Mədəniyyət Nazirliyi yanında Mədəniyyətin və İncəsənətin İnkişafı Fondu ən qədim Quran əlyazmalarından olan, VIII əsrə aid Katta Langar Quranının bərpasını həyata keçirib.

SİA xəbər verir ki, restavrasiya işinə Fransanın Luvr Muzeyinin mütəxəssisləri Aureliya Streri və Aksel Delau cəlb olunub.
Bərpa prosesi üç mərhələdə aparılıb. Birinci mərhələ 2019-cu ilin noyabrında, ikinci 2020-ci ilin fevralında, sonuncu bu ilin may ayında olub.
VIII əsrə aid Quran kitabı uzun müddət Qaşqadərya vilayətinin Kamaşin rayonundakı Langar-ota məscidində saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə