5 dəqiqəyə cazibədar görünüş arzulayırsınızmı? SİA xarici mətbuata istinadən xəbər verir ki, elə isə məsləhətləri oxuyun və gerçəkləşdirin.
İri dodaqlar
Dodaqlarınız dolğundursa, yumşaq tonlarda mat (parıltısız) pomadalardan istifadə etmək məsləhət görülür. Dodaqlarınız nazikdirsə, tünd rəngli pomadaya üstünlük verin. Dodaqların şişkin görünməsinin ən asan yolu: alt dodağınızın ortasına açıq rəngli, parıltılı dodaq boyası çəkin. Həmin boyanı üst dodağın kənarlarına da çəkib, dodaq qələmi olmadan irihəcmli dodaqlara sahib ola bilərsiniz.
İri gözlər
Gözləri böyütmək göz kölgələrinin əlindədir. Gözlərin ətrafını metallik tonlarda göz kölgələri ilə bəzəyib, hamının diqqətini onlara yönəldə bilərsiniz.
Uzaq gözlər
Gözləriniz bir-birindən uzaq yerləşibsə, qara qələmlə gözün başlanğıcını korrektə edin.
Burunun kiçildilməsi
İstifadə etdiyiniz kirşandan burnunuzun yan tərəflərinə balaca fırça ilə vurun. Beləcə burnunuzun olduğundan daha kiçik görünməsinə nail olacaqsınız.
Dodaq boyası
Dodaq boyanıza uyğun rəngdə dodaq qələmi ilə ortadan uclara doğru dodaqlarınızı çevrələyin. Dodağınızın hər tərəfini qələmlə doldurun. Beləcə həm pomadanızın davamlılığı artacaq həm də silinməyə başladığında dodaqlarınız cansız görünməyəcək. Dodaq boyasını fırça ilə dodağınıza çəkin. Boyanın davamlılığını artırmaq üçün ilk qatı çəkdikdən sonra artığını salfetlə silin və ikinci qatı çəkin. İşıltılı görünüm üçün dodaqlarınızın tam ortasına rəngsiz bir parladıcı toxundurun.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB