Üz dərisini ağartmaq bir çox qadın tərəfindən arzuolunandır. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu maska bütün dəri tiplərinə uyğundur:

Tərkibi:
Sarıkök- ç.q ucunda

Pomidor - 4/1 hissəsi

Pomidoru sürtkəcdən keçirdib sarıkökü əlavə edirsiniz. Sarıkökü əlavə edən zaman diqqətli olun ki, çox olmasın və üzünüzü sarıya boyamasın. Təmizlənmiş üz dərisinə maskanı vurub, 15-20 dəqiqə gözləyib, ilıq su ilə üzünüzü yuyun.

Sarıkök təbii antioksidantdır, antiseptik, antibakterial xüsusiyyətlərə malikdir. Dərini təmizləyir, qan dövranını və kologen sintezini yaxşılaşdırır. Həmçinin, güclü iltihab aradan qaldırıcıdır. Tərkibi B qrup (B1, B2, B4, B6, B9) və C, E, K, PP vitaminləri ilə zəngindir.

Pomidorun tərkibində çoxlu miqdarda Kalium, C, A, E vitaminləri var və buna görə də dərini nəmləndirir, qidalandırır və cavanlaşdırır. B9 vitamininin sayəsində sızanaqlarla mübarizə aparır, məsamələri təmizləyir və daraldır, pilinq effekti verir.

Maskanı istifadə etməmişdən öncə biləyinizə vuraraq dərinizdə allergik reaksiya verib vermədiyini yoxlayın.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə