Bəzi saatların “10:10” vaxtını göstərməsinin səbəbi

Əksər saat firmalarına məxsus saatların reklamlarında nümayiş etdirilən saatların “10:10” vaxtını göstərməsinin səbəbi subliminal mesaj vasitəsilə insanların şüuraltına təsir etməklə bağlıdır. SİA xəbər verir ki, belə ki saatın əqrəbi və milinin “10:10” üzərində dayanması gülümsəmə smaylikini (emotikonunu) əks etdirir. Bu isə insanın məmnunluq əhval-ruhiyyəsinə keçməsinə səbəb olur.

Bundan başqa saatın “10:10”-u göstərməsi “quş işarəsi”ni xatırladır ki, bu da beyinə güvən və təsdiq siqnalları göndərmiş olur.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə