Dünyanın ən böyük canlı orqanizmlərin təşkil olunmuş obyekti

Dünyanın ən böyük canlı orqanizmlərin təşkil olunmuş obyekti- Böyük Sədd Rifidir. SİA xəbər verir ki, Rif Sakit okeanda Avstraliyanın şərq hissəsində cənubdan şimala 2500 km uzanır və okeanda 344.000 km2 ərazini tutur. Böyük Britaniya ərazisindən də böyükdür.

Mərvan poliplərindən yaradılmış və üzərində minlərlə rəngarəng yosunlarla örtülmüşdür. Bu da irili-xırdalı ən nadir dəniz canlıların bura cəlb edir.

1981-ci ildə UNESCO-nun "Ümumdünya İrsinə" daxil edilib. Hazırda rif antropogen təsirə çox məruz qalıb və bunun üçün lazımi tədbirlər görülür. Belə ki turist axını nizamlanıb və tullantılara yüksək cərimələr qoyulub. Qlobal istiləşmə rifin məhvinə və rəngsizləşməsinə gətirib çıxaran ən əsas səbəbdir.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə