Hədiyyə seçməkdə çətinlik çəkənlərin diqqətinə - MÜTLƏQ OXUYUN

Hədiyyə seçimi çətin işdir, bunu hamımız bilirik. SİA xəbər verir ki, bu səbəblə, kimə nə cür hədiyyə alacağımız mövzusunda qərarsız qala bilərik. Bəs hədiyyə alarkən nələrə diqqət etmək lazımdır?

1. Büdcə - ilk olaraq büdcənizi müəyyən edərək başlayın. Hər qiymət aralığında, sevdiyiniz insana təsir edəcək hədiyyə tapa bilərsiniz. Əgər işə büdcənizi müəyyən edərək başlasanız, yüzlərlə məhsul arasında qalmayacaqsınız.

2. Hədiyyənin məqsədini müəyyənləşdirin. Tutaq ki, nişanlınıza hədiyyə almaq istəyirsiniz, böyük ehtimal bu, yaşadığınız bir ömür boyu xatırlanacaq bir şey olsun istəyirsiniz. Belə olan halda kişilər üzük, qadınlar isə qələm ala bilər. Amma hədiyyənizin məqsədini müəyyən etmək çox önəmlidir. Hədiyyəniz qarşınızdakı insanı güldürmək məqsədimi daşıyır? Ona təşəkkür etmək, yoxsa kömək olmaq?

3. Hədiyyə sahibinin xarakterinə fokuslanın. Sevgiliniz üçün həyəcan verən bir hədiyyə axtarırsınız və böyük ehtimal onu yaxşı tanıyırsınız. Amma yenə də özünüzə bu sualları verərək fikir əldə edə bilərsiniz. O hər anında şəndir, yoxsa anlıq sıxıntılar keçirir? Qaçmaq, yerimək kimi hobbiləri varmı? Dekorativ əşyaları sevirmi? İstifadə etdiyi əşyaların məhsuldarlığına üstünlür verir?

4. Tərzi müəyyən edin. Hədiyyə almağı planladığınız insan hansı rənglərə üstünlük verir? Aksessuar taxırmı? Heç gülməli yazılı koftalar geyinibmi? Gangnam Style dinləyir? Qarşınızdakı insana hədiyyə almaq üçün onun zövqünü müəyyən etmək ən önəmli ünsürlərdən biridir.

5. Xüsusi vəziyyətləri göz önündə saxlayın. Məsələn, hədiyyə almaq istədiyiniz insan yeni bir evə köçübsə, yeni evinə uyğun dekorativ əşya, fincan və s. ala bilərsiniz.

6. Bahalı hədiyyə hər zaman yaxşı seçim deyil. Məsələn, sevdiyiniz insana parfüm hədiyyə edirsinizsə və qiyməti bahalıdırsa, aldığınız hədiyyəni bitdikdən sonra da özü alıb istifadə edə bilməyəcəksə, uyğun büdcəli hədiyyə almaq bəzən daha yaxşı seçim olur.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...