Bel ağrılarından yaxa qurtarmağın yolları - MƏSLƏHƏT

Bel ağrısı hər gün insana pis yöndə təsir edən problemlərdən biridir. Bel ağrılarından necə qurtulmaq olar? Bel ağrılarına çarə nədir? Bu kimi sualların cavablarını araşdırdıq. SİA xəbər verir ki, bel ağrılarını azalda biləcəyiniz üsullar oturduğunuzda və ya qalxdığınızda bədəninizi dik tutun. Kompüter qarşısında çox oturan birisinizsə stulunuzda dik pozisiyada oturun. Ayaqlarınızın, xüsusən də dabanlarınızın yerə dəydiyinə əmin olun. İş yerində və ya evdə masa, kreslo və kompüterin hər zaman məsafəsinə diqqət edin. Oturduğunuz pozisiyanı yarım saatda bir dəyişdirin. Ağır bir şey daşıdığınız zaman hər iki qolunuzda bərabər ağırlıqlı şeylər daşımağa diqqət edin. Xüsusən də daşıdığınız şeyin bel xəttinizdən daha yuxarıda olmaması önəmlidir. Bundan əlavə daşınan əşyanı həmişə gövdənizə yaxın məsafədə tutun.

Paltar asarkən bədəninizin hərəkətlərinə önəm göstərin və qətiyyən ipi tutmaq üçün bədəninizi yuxarı doğru gərməyin. Mümkündürsə paltar ipini boyunuz çatdığı məsafəyə qədər quraşdırın. Ayaqqabı bağlamaq üçün əyilməyin, bunun üçün yerə oturun və ayaqqabınızı bağlayın. Avtomobildə olan kreslonuzu oma və dizinizin bir az yuxarısına görə quraşdırın. Bel və ya üzü üstə yatmayın. Mümkün qədər ana bətnindəki uşaq kimi dizlərinizi içəri çəkərək, ayaqlarınızı bir yana yığıb yatın. Yataq seçiminizi düzgün edin. Xüsusən də son zamanlarda tanınmış markaların istehsal etdiyi ortopedik yataqları almağınız məsləhət görülür. Davamlı olaraq ayaq üstə durmaq və ya gözləmək məcburiyyətində qaldığınız anlarda 15-20 sm hündürlüyündə bir cismi tək ayağınızın altına qoyaraq gözləyə bilərsiniz. Sonra digər ayağınıza da eynisini tətbiq edin.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...