İngilis rəssam Vilyam Yutermolenin avtoportretləri

İngilis rəssam Vilyam Yutermolenə 1995-ci ildə 61 yaşında Alzheimer diaqnozu qoyulub. SİA xəbər verir ki, həyatının son 5 ilini özünü unutmamaq üçün şəxsi portretini çəkərək xatırlamağa çalışıb. Vilyamın baxıcısı ona əsərlərini yaratmaqda çox köməklik göstərib.

Portretlər unikal bədii, tibbi və psixoloji sənədlərdir. Avtoportretlər xəstəliyin ona necə təsir etdiyinin və vəhşicəsinə insan yaddaşının məhv olunmasının sübutudur.

Vilyam son təsvirlərini karandaşla 2000-ci ildən 2002-ci ilə qədər çəkib. Vəziyyəti 2004-cü ildə pisləşmiş və əl qabiliyyətini itirib.

Rəssam 2007-ci ildə xəstəxanada vəfat edib. Çikaqoda Loyola Universitetinin İncəsənət Muzeyində ikinci mühüm retrospektiv “William Utermohlen: A Persistence of memory” sərgisi açılıb.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...