Rusiyada əməliyyatdan çıxan xəstə feldşeri qətlə yetirərək xəstəxanadan qaçıb

Rusiyanın Novoçerkasski xəstəxanasına iyunun 13-nə keçən gecə pnevmatik tapançadan ağır yara ilə 23 yaşlı gənc oğlan yerləşdirilib.

SİA "progorodnsk" portalına istinadən xəbər verir ki, gənc dərhal əməliyyat olunur.

Güllə bədənindən çıxarıldıqdan sonra xəstənin əhvalı stabilləşir. Palataya köçürülən zaman onu aparan feldşerə əlinə keçən tibbi ləvazimatla hücum edib. Əlindəki alətlə 57 yaşlı tibb işçisinin sinəsinə sancaraq onu qətlə yetirib.

Hadisəsən sonra xəstəxanadan qaçmağı bacarıb.

Ölən tibb işçisinin və hadisəni törədən şəxsin kimliyi barədə xəbər verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə