Səhv bildiyimiz bir neçə məlumat - FOTOLAR

Gündə 8 stəkan su içmək lazımdır?

Gündə 8 stəkan su içmək lazım deyil. SİA xəbər verir ki, içməli suyun miqdarı çəki, gündəlik fəaliyyət, geyilən paltar, temperatur və rütubətdən asılıdır. Bədənimiz də qidadan su alır.

Damarlarımız mavidir

Qana qırmızı rəngi hemoqlobin verir. Oksigensiz qan tünd qırmızı rəngə malikdir, oksigen daşıyan qan isə albalı qırmızısıdır. Dərimizin rənginə görə damarlarımız mavi görünür.

Yarasalar kordur

Yarasalar kor deyil. Yarasa növlərinin təxminən 70 faizi hərəkət etmək üçün ekolokasiyadan istifadə etsə də, bütün yarasa növlərinin gözləri var görə bilir.

Napoleon qısa idi

Napoleonun boyu təxminən 1.70 idi. Başqa sözlə, bu, dövründəki fransız kişilərin ortalamasından uzun idi. "Kiçik Napoleon" ləqəbi sevginin göstəricisi olaraq deyilirdi.

Ancaq bir işarə dili var

Beynəlxalq işarə dilini saymasaq, hər ölkənin öz işarə dili var. Bəzi ölkələrdə hətta birdən çox işarə dili mövcuddur.

Günəş sarıdır

Günəş əslində ağ rəngdədir, lakin atmosfer səpələnməsi səbəbindən Günəş sarı, qırmızı, narıncı kimi görünə bilir.

Qurbağalar ziyilə səbəb olur

Qurbağalardan və ya digər heyvanlardan insanlara ziyil keçməsi mümkün deyil. Qurbağalardakı gördüyümüz qırışlar ziyil deyil. İnsanlardaki ziyil papilloma virusundan qaynaqlanır.

Çox şəkər yeyən diabet xəstəsi olur

Həddindən artıq şəkər qəbulu ilə diabet arasında heç bir əlaqə yoxdur.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə