Günəş tutulması hansı bürclərə təsir edəcək? - DİQQƏTLİ OLUN

Bu gün baş verəcək Günəş tutulmasının təsirləri astrologiya ilə maraqlananların gündəmindədir. Saat 14:52-də başlayacaq və 3 dəqiqə 51 saniyə davam edəcək. Astroloqlar həftəlik bürclərində əkizlərin tutulmadan xüsusilə təsirlənəcəyini bildiriblər.

Qız, Buğa, Oğlaq bürcünə Günəş tutulmasının təsirləri

Günəş tutulması Qız, Buğa və Oğlaq bürclərinə fərqli şəkildə təsir edir. Torpaq qrupuna daxil olan bu əlamətlər tutulmanın iş həyatında tükənmə, yorğunluq və qarışıqlıq kimi təsirlərini yaşaya bilər. İşinizdən nəticə əldə edə bilməyəcəksiniz. İmza və müqavilə məsələlərində diqqətli olmaqda fayda var.

Günəş tutulmasının Xərçəng, Əqrəb, Balıq bürclərinə təsirləri

Tutulma zamanı deyilən hər şeyə çox güvənməməlisiniz. Çünki bəzi aldadıcı vəziyyətlər ola bilər. Bununla yanaşı maliyyə məsələlərinə diqqət yetirmək lazımdır. Tənbəllik, yuxululuq və qarışıqlıq ola bilər.

Günəş tutulmasının Tərəzi və Dolça bürcünə təsirləri

Bu əlamətlərin tutulma zamanı sevgi münasibətlərində süründürməçiliklə qarşılaşmaları mümkündür. İkitərəfli münasibətlərdə veriləcək radikal qərarları ayın sonuna qədər gözlətmək faydalı olardı. Bu müddət ərzində son qərarlar verilməməlidir. Bundan əlavə, xüsusilə Tərəzi üçün zəhərlənmə, dərmanların yan təsirləri kimi sağlamlıq problemləri görülə bilər. Bütün bürclərdə olduğu kimi imza, sənədləşmə işlərinə də diqqət yetirilməlidir.

Günəş tutulmasının Qoç, Şir və Oxatan bürcünə təsirləri

Bu müddətdə bu qrupdakı bürclərin bir-birlərini səhv başa düşmə ehtimalı yüksəkdir. Buna görə deyilən sözlərə diqqət yetirmək və anlaşılmazlıqlardan uzaq durmaq lazımdır.

Günəş tutulmasının Əkizlər bürcünə təsirləri

Günəş tutulması Əkizlərdə baş verdiyindən ən çox təsirlənən bürc Əkizlər olacaq. Qərarsızlıq və qarışıqlıq baş verə bilər. Bu müddətdə yeni bir layihəyə başlamamaq və vacib qərarları ayın sonuna təxirə salmaq faydalıdır. Kiçik qəzalara qarşı diqqətli olun. Bu gün əkizlərdəki Günəş tutulmasının təsirləri ayın sonuna qədər qüvvədə qalacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə