Nootroplar nədir, necə işləyirlər, onları içməyə dəyərmi?

Nootrop preparatlar – sinir hüceyrələrində maddələr mübadiləsini yaxşılaşdıran və düşünmə prosseslərini fəallaşdıran dərman vasitələridir. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu dərmanlar nevroloji xəstələr üçün hazırlanır. Məsələn, insult keçirmiş, epilepsiya və alsqeymerdən əziyyət çəkən xəstələr üçün. Çünki bu dərmanlar toxumaları dağılmaqdan qorumalı və sinir hüceyrələrini sağlam insanların səviyyəsinə çatdırmalıdırlar.

Əgər preparatlara aid təlimatları oxusaq, onda görərik ki, nootrop qəbul edən insanlar tez düşünür, yaxşı dərs oxuyur, məlumatları daha tez qavrayır və yadda saxlayır, həmçinin, stress və depressiya ilə daha yaxşı başa çıxırlar. Elə ona görə də nootroplar tələbələri sessiya zamanı daha çox maraqlandırır. Sağlam insanlar da beyinlərini dincəltmək və turborejimdə işlətmək üçün nootroplardan istifadə etmək arzusundadırlar.

Nootropların təsiri necədir?

Bir çox nootroplar neyromediatorlara təsir göstərir. Bu maddələr sayəsində sinir hüceyrələri öz aralarında ünsiyyət qururlar. Nootroplar dopaminə, noradrenalinə, serotoninə, asetilxolinə təsir göstərirlər. Bu preparatlar beynin bütün kimyasına təsir göstərir və neyronların bir-biri ilə qarşılıqlı təsirini gücləndirlər. Həmçinin sinir hüceyrələrini dağılmaqdan qoruyur, oksigen çatışmazlığını aradan qaldırır, toxumalarda qan dövranını və mübadilə prosseslərini gücləndirirlər. Belə şəraitdə sinir hüceyrələri daha yaxşı işləyir.

Nootropların təsiri kummulyativdir, yəni toplanır. Biokimyəvi prosesləri hərəkətə gətirmək üçün bir neçə həftə, preparatdan asılı olaraq, bir neçə gün lazımdır. Bu səbəbdən nootroplar kursla qəbul olunur. Ona görə də imtahandan və ya mühüm müşavirədən qabaq həb udmaq mənasızdır.

Nootropların fəaliyyəti necədir?

Bu isə düşündürücü sualdır. Əslində nootroplar o qədər də yaxşı araşdırılmayıb. Heç kim dəqiq bilmir ki, onlar necə fəaliyyət göstərir. Çünki nootroplar üzrə sübutlu təbabət prinsiplərinə uyğun ola biləcək araşdırmalar yoxdur. Uyğun olan araşdırılmalar isə kifayət qədər geniş, əhatəli deyil. Bu onunla bağlıdır ki, xaricdə, belə tədqiqatlar artıq norma sayılır və nootroplara dərman vasitələri kimi baxılmır. Bu preparatlar xaricdə qida əlavələridir.

Belə tədqiqatlar çoxdur, lakin bu cür təqdidatlar konkret bir preparatın təsirinə həsr olunur. Yəni həkim bir preparatı bir neçə pasiyetdə yazır və işini bitmiş hesab edir: Kömək etdi, ya yox... Belə yanaşmanın, təbii ki, bir çox nöqsanları var, ən əsası isə bu metodun standart sübutlu təbabətin normalarına uyğun olmamasıdır. Eyni zamanda bu cür hesabatlar müəyyən bir istehsalçının açıq-aşkar reklamı kimi qələmə verilir. Hətta klinik müşahidələrdə rəylər birmənalı deyil. Pasiyetlərdə hansısa yaxşılaşma var, ancaq o qədər də böyük deyil.

Nootropların köməyi ilə müalicə olunan xəstəliklərin bir çoxu ali sinir sisteminə aiddir. Tədqiqatçılar və həkimlər yalnız xarici nəticələri qeydə ala bilərlər: Xəstə testləri necə həll etməyə başladı, artıq necə danışmağa, oxumağa başladı və sairə. Dəqiq demək olmaz, niyə üzərində müayinə aparılan şəxs tapşırığı bacarmadı: Çünki nootrop təsir göstərmədi, yaxud sırf bu gün o daha fərqli düşünürdü. Bir çox göstəricilər subyektivdir. Hansısa xəstə reaksiyanı görür, kim isə yox.

Nə qədər ki, tədqiqatlar nootropların işləyib, işləmədiyini sübut etməyib, pasiyentlərdə olan yaxşılaşamaları plasebo effektinə və ya digər dərman və amillərin təsirinə aid etmək olar. Əgər siz nootrop preparatı qəbul etdikdən sonra özünüzü yaxşı hiss edirsinizsə, məlum deyil ki, bunun səbəbkarı nootropdur, ya sizin daha ağıllı olduğunuza inancınızdır.

Bəzi təcrübələr də bütün bu şübhələri təsdiqləyir. Nootroplar yazılır, dərmanlar kömək edir. Ancaq nootroplardan əlavə hələ çox dərmanlar qəbul edirik və bir neçə fizioloji prosedurlardan keçmək məcburiyyətində qalırıq.

Nootroplarla müalicə təhlükəlidirmi?

Nootropların çox az əks göstərişləri var. Bəzilərinin təlimatında yerli reaksiyalardan başqa, heç nə yazılmayıb. O qədər də pis deyil, amma bir sual ortaya çıxır: Görəsən onlar ümumiyyətlə təsir göstərirmi?

Qeyd etmək lazımdır ki, nootropların təsiri nəticəsində sinir sistemi ilə bağlı xoşagəlməz fəsadlar da olur: Baş ağrıları, başgicəllənmə və s. Ən genişyayılmış əks göstərişlərdən biri ləğv sindromudur (withdrawal syndrome). Bu sindrom preparatların kəskin ləğvi zamanı orqanizmin asıllıq nəticəsində əziyyət çəkməsidir. Müxtəlif cür effektləri vardır: Baş ağrısı, başgicəllənmə, keyləşmə, əsəbilik, yuxusuzluq və sair. Bu səbəbdən nootropların istifadə kursu onlardan hər hansı effekt əldə olunmasa belə yavaş-yavaş dayandırılır.

Nootropları içək və ya içməyək?

Nootropların maksimum təsiri (əgər olacaqsa) reseptorların fəaliyyətini gücləndirəcək, maddələr mübadiləsini və qan dövranını yaxşılaşdıracaq. Ola bilsin ki, sizə yeni məlumat öyrənmək daha asan olacaq, lakin, əmin olun ki, yeni beyin qırışıqları əmələ gəlməyəcək.

Sağlam insanlara nootropların təsiri demək olar ki, olmur, bir neçə əks göstərişləri saymazsaq. Ümumiyyətlə, niyə sağlam bir insana təsdiqlənməmiş və əssasız preparatlar lazım olsun?! Əgər siz boynunuzdan yuxarı tullanmaq istəyirsinizsə, beyninizi mümkün olan üsullarla inkişaf etdirin:

Oxuyun, bu zaman beyniniz məşq edəcək
Dincəlin, bu zaman stimulyatorların köməyinə ehtiyyac qalmayacaq
İdmanla məşğul olun, o, qan dövranını yaxşılaşdıran bütün dərmanları əvəz edəcək
Sosial şəbəkələrdən az istifadə edin, beynin məhsuldarlığı nootroplarsız artacaq

Əgər siz diqqətinizi cəmləyə bilmirsinizsə, heç bir şey xatırlamırsınızsa, pis yatır və məlumatları çətinliklə qavrayırsınızsa, rejiminizi dəyişin və həkimə müraciət edin. O, sizə problemlərin həllində köməklik göstərəcək.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə