Vəba xəstəliyindən - bu yolla qorunacaqlarına inanırdılar

Bu xəstəlik üçün güclü zəhərlənmə, qusma, ishal, orqanizmin kəskin susuzlaşması və nazik bağırsağın zədələnməsi xarakterik cəhətlərdir. SİA xarici mətbuata istinadən xəbər verir ki, vəba xəstəliyində ölüm halları yüksəkdir. Günəş işığı bu törədicilərə məhvedici təsir göstərir. Vibrion (vəba törədicisi) qaynadıldıqda, habelə xlorlu əhəng və xloramin məhlulunun təsirindən tez məhv olur.

Xəstəlik, ümumiyyətlə, nəcis bulaşmış çirkli su ya da bu suyla yuyulmuş qidalar vasitəsi ilə yayılır. Buna görə kanalizasiya və ya su təmizləmə sistemlərindəki hər hansı bir səhv vəbanın qısa müddətdə geniş əraziyə yayılmasına yol aça bilər. Vəbanı asanlıqla müalicə etmək mümkündür, lakin müalicə edilməzsə, 50% nisbətində ölümlə nəticələnə bilər.

Ötən əsrlərdə Avropada bir qrup həkim dövrün bəlası olan vəba xəstəliyindən qorunmaq üçün bu paltarları geyinirdilər. Onlar maska içərisinə lavanda çiçəyi qoyaraq gözəl qoxunun xəstəliyi özlərinə keçirmədiyinə inanırdılar.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...