Göz muncuğu nədir və necə yarandı? - MARAQLI FAKTLAR

Ölkəmizdə pis gözdən qorunmaq üçün ən çox istifadə edilən əşya, göz muncuğudur. SİA xəbər verir ki, insanlar sevdiklərini və uşaqlarını pis gözdən qorumaq üçün göz muncuğları taxırlar. Bəs göz muncuğu nədir və necə yarandı?

Göz muncuğu nədir?

İnsanların pis gözlərdən qoruduğuna inandığı göz muncuğu fiquru, müsəlman, yəhudi və xristian cəmiyyətlərindən başqa buddist və hindu cəmiyyətlərində görülür. Tarix boyu bir çox mədəniyyətdə və dini inancda göz fiquru şər quvvələri qovan güclü bir tilsim kimi qəbul edilmişdir. İnsanın dünyaya açılan pəncərəsi olan göz, hər cür yaxşı və pis düşüncənin başlanğıc nöqtəsi olaraq qəbul edildiyi üçün, bu mavi daşların nəzəri və pis gözləri özünə çəkdiyinə inanılır.

Göz muncuğu necə yarandı?

Arxeoloji tapıntılardan məlum olur ki, pis nəzər inamı Neolit ​​dövrünə gedib çıxır. Mənşəyi şumerlər, babillər və Qədim Misirdə olan pis göz inancına görə, insanın düşündüyü mənfi düşüncələr, insanın dünyaya açılan pəncərəsi olan gözlərindən çıxır və buna pis göz deyilir. Bunun qarşısını almaq və qorunmağın tək yolu gözə gözlə qarşı çıxmaq olduğuna inanılırdı. Bu şəkildə gözə bənzəyən hər şeyin insanları pis düşüncələrdən və pis gözlərdən qoruduğu inancı geniş yayılmışdır. Xüsusilə Qədim Misirdə ”Osiris Eye” və ya ”Horus Eye” pis gözdən qorunma yollarında əhəmiyyətli fiqurlar kimi görünür.

Göz muncuğu niyə mavi rəngdədir?

Bəs bu daşlar niyə mavi rəngdədir? Mavi keçmiş zamanlardan günümüzə qədər qorunma prinsipini təmsil edir. O, göyün rəngidir. Rəvayətlərə görə, Çingiz xan atasının mavi bardağından su içərmiş. Bundan başqa, yüksək məhkəmə heyətinə verdiyi əmrdə də xalqla bağlı məhkəmə qərarları mavi dəftərə yazılır, qanunlar isə ağ kağıza mavi qələmlə yazılaraq nəsildən-nəslə ötürülürmüş. Səlcuqlar da türbə və mədrəsələrini mavi rəngdə hazırlamağa cəhd göstəriblər. Bu da mavi rəngin bəd nəzərdən qorumasından xəbər verir.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə