Bu uşaqlarda astma xəstəlik riski daha çoxdur

Keysəriyyə əməliyyatı ilə doğulan uşaqlarda allergik xəstəliklərin və astmanın olması ehtimalı daha çoxdur. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ana südü ilə qidalanan uşaqlarda astma xəstəliyinin olması ehtimalı daha azdır.

Körpənin qidalanma yolunun vacib bir orqan olduğunu vurğulayan mütəxəssislər, ən azı bir il ana südü ilə qidalanan uşaqlarda astma riskinin az olduğunu, bu səbəbdən də ana südü verilməsinin məsləhətli olduğunu söyləyib.

Astmaya səbəb olan digər faktorlardan biri də ananın tez-tez antibiotik istifadə etməsidir.

Antibiotiklər lazım olduğu zaman istifadə olunmalıdır. Əks təqdirdə bədəndəki faydalı bakteriyalar məhv olur və astma kimi xəstəliklər yaranır. Məsələn, uzunmüddətli qablaşdırılmış qidalar, işlənmiş qidalar yerinə mövsümi, təzə, sağlam qidalar qəbul etmək lazımdır.

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə