Peruda yaşayan Lina Medina 1939-cu ildə hələ 5 yaşı olarkən valideynləri tərəfindən qarnında şiş əmələ gəldiyi və ağrıları səbəbi ilə xəstəxanaya gətirilib. Tezliklə tükürpədici fakt aşkarlanır. SİA xarici mətbuata istinadən xəbər verir ki, həkim Jerordo Lozada tərəfindən edilən müayinə zamanı qızın 7 aylıq hamilə olduğu diaqnozu qoyulur.

Lina müayinə üçün fərqli klinikalara yollanır və o klinikalarda da bu diaqnoz təsdiqlənir. Ay yarımdan sonra 1939-cu il mayın 14-də həkim Jerardo və Kolaretin tərəfindən qeysəriyyə əməliyyatı keçirilir. Linanın oğlan uşağı dünyaya göz açır. Körpənin çəkisi 2.7 kq olur və adı isə anası tərəfindən həkimin şərəfinə “Jerordo” qoyulur.

Beleliklə, Lina “tarixə ən gənc ana” olaraq qeydiyyata düşür. Eyni anda qızına təcavüz etməkdə şübhəli bilinən ata həbsxanaya atılır. Lakin bir müddət sonra günahı sübut edilmədiyi üçün azadlığa buraxılır. Jerardo isə düz 10 yaşına kimi öz anasını bacısı olaraq zənn edir. 40 il ömür həyatı sürmüş Jerardo keçirdiyi sümük iliyi xəstəliyindən vəfat edir.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə