Turmalin, insan bədənində infraqırmızı şüa yayma qabiliyyətinə sahib olan daimi elektrik yüklü bənzərsiz bir təbii daşdır. SİA xəbər verir ki, bu mineral müxtəlif rənglərdə olur. Müxtəlif çalarlar istənilən zövqə sahib olan insanlara bu daşı özləri üçün seçməyə imkan verir.

Mineral 18-ci əsrin əvvəllərində Avropaya Seylon adasından gətirilib. Dərhal zadəganların qəlbini qazanaraq, populyarlaşıb. Eyni zamanda, ezoteriklər turmalinin sehrli xüsusiyyətlərə malik olduğunu aşkar etdilər. O vaxtdan bu günə qədər mineral talisman kimi istifadə edilib.

Turmalin daşı gizli istedadları üzə çıxarmağa və onları inkişaf etdirməyə kömək edir. Bundan əlavə, yaradıcı insanlara ilham verir.

Turmalin daşı sehrbazlar tərəfindən və meditasiya üçün istifadə olunur. Şüuru bütün düşüncələrdən azad edir, eyni zamanda diqqəti cəmləşdirir.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə