Adı ilk kompyuter proqramçılarından biri sayılan qabaqcıl ingilis riyaziyyatçısı Ada Lovelace və süni zəkanın ingiliscə qısaltması olan AI-dən almış, 2017-2019 cu illər arasında Oxford Universiteti və İngiltərədəki Leeds Universitetindən bir qrup proqramçı, robot mühəndisliyi və psixoloqdan ibarət qrup dünyanın ilk rəssam robotu Ai-da'nı inkişaf etdirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Ai-da süni zəka sayəsində rəngləmək, cisimlər şəkilləndirmək, hərəkət etdirmək, göz qırpmaq və danışmaq qabiliyyətinə malik qadına bənzəyən bir insan boyu android sənətçisidir.

O cümlədən robotun gözləri əslində özünə baxmağa və gördüklərini kopyalamağa imkan verən kameralar olduğu halda, qollar isə real portretlər yarada bilən süni intellekt alqoritmi ilə idarə olunur.

Eyni zamanda, süni intellekt insan sənətkarlarının yaratdığı əsərlərin nümunələrində istifadə olunan texnika və rəng sxemlərini əhatə edir.

Göstərilən foto Ai-nın rəsm əsərlərini nümayiş üçün keçirilən sərgidəndir.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə