Hitlerin bu 3 sirri hələ də çözülməyib – Təsadüfən tapılan yeni əlyazmalarda nə var?
Avstriyanın Lints şəhərində bir evin çardağında, Adolf Hitlerin atası tərəfindən yazılmış bir dəstə məktub təsadüfən tapılıb. 30-dan çox əlyazma məktub alman tarixçisinə Fürerin diktatorluq vərdişlərinin mənşəyi barədə bir nəticə çıxarmaq imkanı verir. SİA, Pravda.Ru-da dərc olunmuş məqaləni oxucularına təqdim edir.
Hitler ailəsi haqqında yeni məlumatlar
Maraqlıdır ki, fürerin atası Alois Hitler əslində, Aloys Şiklqruber adı ilə anadan olub. Onun yazışmaları isə Lints Universitetinin fəxri professoru, tarixçi Roman Zandqruber tərəfindən nəşr və şərh olunub.
"Alois Hitlerin yol ustası Cosef Radleqqerə yazdığı və göndərdiyi 31 məktub bir sensasiyadır, çünki 1914-cü ilə qədərki dövr üçün Alois Hitlerdən və Adolf Hitlerdən heç bir imzalı yazı, sənəd qalmamışdı. Bu cəhətdən bu məktublar həqiqətən böyük bir tapıntıdır"- "Hitlerin atası. Oğlu necə diktator oldu" (Hitlers Vater: Wie der Sohn zum Diktator wurde) kitabını nəşr edən Zandqruber deyir.
Təəccüblüdür ki, tarixçilər Hitlerin ətrafındakı yad insanlar haqqında daha çox şey bilirlər:
-katiblər,
-tərcüməçilər,
-sürücülər,
-köməkçilər,
-təhlükəsizlik işçiləri,
-ata və ana kimi ən yaxın olanlar.
"Mən atama heyran idim, amma anamı da eyni şəkildə sevirdim" Hitler “Myan Kampf”da (Mənim Savaşım) etiraf edib.
1895-ci ildə baş gömrük məmuru Alois Hitler Yuxarı Avstriyada Lambax yaxınlığındakı Hafelddə bir ferma satın aldı. 20 hektar ərazinin satıcısı hansısa bir Cozef Radleqqer idi. Hitler ailəsinin maddi vəziyyəti barədə məlumat verən daşınmaz əmlak əməliyyatı ətrafında maraqlı bir müzakirə mövzusu ortaya çıxır.
Bütün məktublar 1895-ci il tarixlidir və dəmiryolu işçisi usta Çozef Radleqqerə ünvanlanıb. Cozefin böyük nəvəsi bu məktubları tapıb və qəzetlərdən Üçüncü Reyx haqqında yazan tarixçi haqqında məlumat aldıqdan sonra ona müraciət edib.
"Əvvəlcə, etiraf etməliyəm, bir az tərəddüd etdim"- Zandqruber etiraf edir: "Çünki Hitlerlə ehtiyatlı olmalısan, amma sonra bütün şübhələri kənara qoydum".
Aşkar edilmiş faktlar, Adolf Hitlerin tərcümeyi-halını kökündən yenidən yazmağa imkan vermir. Ancaq bu Fürerin portretinə şübhəsiz ki, bəzi maraqlı detallar əlavə edir.
Fürerin atasının portreti
Alois Hitler bir arzusu var idi. Gömrük məmuru karyerasının sonunda torpaq sahibi olmaq üçün bir əmlak əldə etmək istəyirdi. İki il sonra ərzində- oğlu Adolf ibtidai sinifdə oxuyarkən ata Hitler nəticəsiz olaraq səbr etdi.
Müasir tarixçi gələcək Fürerin atasını "düşüncələrini yazılı şəkildə yaxşı ifadə edən və eyni zamanda öz təhsili ilə qürur duyan olduqca layiqli bir insan” hesab edir. Eyni zamanda, “məmur yoldaşlarına qarşı müəyyən bir təkəbbür göstərir, qulluqçulara, eləcə də satıcılara onlardan üstünlüyünü göstərirdi”- tarixçi yazır.
Alois Hitler, Roman Zandqruberin təsvirində cəlbedici bir insandır. İşdəki həmkarları ondan xolerik təbiətli pedant kimi danışır və öz aralarında onu avtoritar bir şəxs adlandırdılar.
Ata Hitlerin övladlarına köpəklər kimi fit verərək qısa əmrlər verdiyi haqda şayiələr dolaşırdı. Balaca Adolf həmişə sözəbaxan uşaq kimi atasını izləyirdi. Zandqruberin kitabından belə çıxır ki, gənc Adolf Hitler 1890 - 1900-cü illərdə irqçi və sosial-darvinistləri dəstəkləyən anti-ruhani və antidemokratik fikirləri bölüşən bir millətçi idi.
"Çox şey atasının evindən gəlir. Hitler, tərbiyə aldığı atasını olduğu kimi kopyaladı. Oğlunun imzası atasının imzasından demək olar ki, fərqlənmir. Eyni zamanda, tez-tez bəzi fikirləri onunla ziddiyyət təşkil edir. Adolf artıq ondan dövlət məmuru düzəltmək istəyən atasını dinləmək istəmir- rəssam olmaq istəyir. Getdikcə sağa meyilli siyasətə daha çox həvəs göstərir"- deyə tarixçi vurğulayır.
Cavabı olmayan suallar
Təəssüf ki, bu tərcümeyi-hal 3 tapmacaya cavab vermir:
1.Hitlerin babası kim idi?
2.Niyə təxminən 40 yaşında Şiklqruber soyadını Hitler olaraq dəyişdirdi və bundan sonra qanunsuz doğuş faktını qanuniləşdirməyi necə bacardı?
3.Hitler soyadı necə təşəkkül tapdı, əgər ailədə Hiedler və ya Hüttler yazılışı çox yayılmışdısa?
Zandqruber bu sualları dəfələrlə qaldırır və səmimi olaraq cavab verə bilməyəcəyini etiraf edir. Reyx Kansleri olduqdan sonra Adolf Hitler tərcümeyi-halını, valideynlərinin və atalarının tərcümeyi-hallarını gizlətmək üçün hər şeyi etdi. Ari soylarına bu qədər böyük əhəmiyyət verən və Ari soylarını sənədləşdirən Fürerin öz soy ağacında boşluqlar var idi.
Tərcümə - Elçin
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB