Hinduizmdə insanların inəyi həyatın və torpağın müqəddəs bir simvolu kimi gördüyü, eyni zamanda da şəfaverici və antiseptik xüsusiyyətə sahib olduğu düşüncəsində olduqları bir çoxumuza az çox məlumdur. SİA xarici mətbuata istinadən xəbər verir ki, lakin bu hadisə biraz daha fərqlidir. Belə ki, Hindistanın qərbindəki Gujarat əyalətində bəzi insanlar həftədə bir dəfə koronavirusa qarşı immuniteti artıracağını və ya daha tez sağalmalarına kömək edəcəklərini fərz edərək inəyin nəcisindən və sidiyindən istifadə edərək bədəninin bütün hissələrinə sürtürlər.
Hindistan Tibb dərnəyinin milli prezidenti həkim Ja Jayalal inək nəcisinin və ya sidiyin Covid-19-a qarşı immuniteti artırdığına dair heç bir ciddi elmi dəlil olmadığını və tamamilə inama əsaslandığını, bunun sağlamlıq üçün risklər yarada və digər bir çox xəstəliklərin heyvandan insana keçə biləcəyini bildirmişdir.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB