Oftalmologiya mərkəzinin professoru Mustafa Ünal dənizə və hovuza kontakt linzalarla girənlərdə korluğa qədər gətirib çıxaracaq sağlamlıq problemlərinin ola. biləcəyini bildirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Ünal kontakt linzaların istifadəsinin özlüyündə infeksiyalar üçün bir risk faktoru olduğunu söyləyib.
Linzaların gigiyenik şərtlər altında qoyulduqdan sonra axşam saatlarında çıxarılmalı və yeni məhlulda qoyulmalı olduğunu qeyd edən Ünal linza taxan hər kəsin bu gigiyena qaydalarına riayət etməsi lazım olduğunu vurğulayıb.
”İnsanlar gigiyenaya diqqət yetirmədikcə, bu, korluğa səbəb ola bilər. Bəzi infeksiya və göbələk növləri var. Diaqnoz qoysaq da və uyğun müalicəyə başlasaq, mikrob müalicəyə davamlı olur, xəstənin görmə qabiliyyətini tamamilə itirir. Ciddi bir nəticə ilə qarşılaşa bilərik. Gözlərinə linza taxaraq bir dəfə də olsa dənizə, hovuza və hamama girmək risklidir”. Xəstələrimizdən "həkim, mən dəfələrlə belə dənizə girmişəm, amma heç bir şey olmayıb" deyir, amma əvvəllər olmaması, sonradan olmayacağı demək deyil" deyən mütəxəssis linzalardakı mikrob hadisəsinin bütün fəsillərdə görüldüyünü, ancaq yay mövsümündə dəniz və hovuzda çimərkən belə hallarla qarşılaşdıqlarını da qeyd edib.
Nərmin Hüseynova
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB