Çiyələyin bilmədiyimiz - FAYDALARI

Yay meyvəsi olan çiyələk B qrupu vitaminləri və kalsiumla zəngindir. Çiyələyin təxminən 25 növü var. Bəs çiyələyin faydaları nələrdir?

1. Maddələr mübadiləsini sürətləndirir:

Çiyələkləri mütəmadi olaraq yemək maddələr mübadiləsini sürətləndirir və həzm sisteminin sağlam işləməsini təmin edir. Həm də bağırsaqlarda yığılmış pis bakteriyaların təmizlənməsinə kömək edir.

2. Stress və depressiya üçün faydalıdır:

Çiyələyin faydalarından biri də, stressi azaldır və depressiyadan qoruyur.

3. Böyrək daşlarını azaltmağa kömək edir:

Yüksək kalium tərkibli çiyələk böyrək ağrısını aradan qaldırır və böyrəklərdə əmələ gələn daşların daha qısa müddətdə düşməsinə imkan yaradır.

4. İştah:

Çiyələkdən hazırlanan mürəbbələr iştahaaçandır.

5. Şəfa müddətini sürətləndirir:

Çiyələk təkcə kalium deyil, həm də C və E vitamini baxımından zəngin bir meyvədir. Qrip və soyuqdəyməsi olan insanların mövsümi keçid zamanı daha qısa müddətdə sağalmasına imkan verir.

6. Sümükləri gücləndirir:

Çiyələk bir çox meyvədən daha çox kalsiuma sahibdir. Kalsium sümüklərin inkişafını dəstəkləyir.

7. Dərini nəmləndirir:

Dərisi quru olan insanların tez-tez çiyələk istehlak etmələri tövsiyə olunur. Dərini nəmləndirən çiyələk məsamələri açır. Çox hamar və canlı bir dəriyə sahib olmağınıza imkan verir.

8. Qəbizlik üçün faydalıdır:

Qəbizlik ən çox yayılmış həzm sistemi xəstəliklərindən biridir. Mövsümündə yeyilən çiyələk həzm sisteminin nizamlı işini təmin edir və qəbizliyi aradan qaldırır.

Çiyələyin zərərləri nədir?

1. Qastrit və ya xora diaqnozu qoyulmuş insanlar çiyələk yeyərkən diqqətli olmalıdırlar.

2. Allergik reaksiya:

Körpələrin və uşaqların immunitet sistemi çiyələklərə qarşı allergik reaksiya göstərə bilər. Dəridə qızartı və qaşınma çiyələyə allergiyası olan insanlarda ən çox görülən simptomlardandır.

Çiyələk nə üçün faydalıdır?

1. Çiyələk mürəbbəsi:

Səhər yeməyində ən çox istehlak edilən mürəbbələrdən biridir.

2. Kompot:

Çiyələk kompotu tez-tez yaz və yay aylarında istehlak olunur.

3. Sous:

Çiyələkdən hazırlanan souslar tortlarda istifadə edilə bilər.

4. Meyvə suyu:

Son illərdə çiyələk suyuna maraq və tələb artmışdır. Çiyələk onsuz da şirin bir meyvə olduğundan, şəkər əlavə edilmədən də meyvə suyu hazırlana bilər.

Bəs çiyələk necə istehlak edilməlidir?

1. Çiyələk şəkər tozu ilə yeyilməməlidir.

Yanlış vərdişlərindən biri də şəkər tozu ilə çiyələk yeməkdir. Çiyələk ən şirin meyvələrdən biri olsa da, karbohidrat nisbəti 0 mq-dır. Ancaq bir çox dietoloqa görə, çiyələyi toz şəkərlə yemək son dərəcə zərərlidir.

Şəkər tozu çox kalorilidir və sürətli şəkildə kökəlməyə səbəb olur.

2. Yeməkdən 1 və ya 2 saat sonra yeyilməlidir:

Bir çox insan mədəsi dolduqdan sonra şirin bir şey yemək istəyir. Bunun üçün meyvə ümumiyyətlə yeməkdən dərhal sonra istehlak olunur. Ancaq mütəxəssislərə görə, süfrədən qalxdıqdan sonra meyvə yemək üçün ən az 1-2 saat keçməlidir.

3. Mövsümündə istehlak edilməlidir:

Bütün digər meyvə və tərəvəzlər kimi, çiyələk də yalnız mövsümündə istehlak edilməlidir.

Nərmin Hüseynova

Bütün xəbərlər Facebook səhifəmizdə