“Göbəklitəpə” Türkiyənin cənub-şərqində, Örəncik kəndindən 2,5, Şanlıurfa şəhərindən 15 km şimal şərqdə yerləşən, dünyada ən qədim istehkam məbəd kompleksidir. SİA xarici mətbuata istinadən xəbər verir ki, 2003-cü ildə aparılmış geomaqnit tədqiqatlarına əsasən 12000 il yaşı olan bu məbəd kompleksi, e.ə. IX minilliyə aiddir.
Kompleks cəmi 20-dən artıq dairəvi şəklində olan istehkamlardan ibarətdir. Bəzi sütunların səthi relyeflərlə örtülüdür. Məbəd məqsədli şəkildə e. ə. VIII minillikdə torpaqla basdırılıb.
Uzun illər məbəd kompleksi 15 m hündürlüklü və 300 m diametrli Göbəklitəpə hündürlüyündə yatıb qalıb. Onun aşkar edilməsi yaxın şərq və bütün Avrasiyada ilkin neolit dövrü haqqındakı qəbul olunmuş baxışlarda inqilabi dönüş etmiş olur.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB