Hollandiyada hər il yazda turistlərin üzünə qapısı açılan Keukenhof gül bağçası, turizm sahəsində ölkə üçün əhəmiyyətli bir sahəyə çevrilib. SİA xəbər verir ki, ziyarətçilər üçün yalnız iki ay açıq qalan gül bağçasına hər il 800 min turist gəlir. Avropa, Çin və Yaponiyadan gələn turistlərin marağına səbəb olan gül bağçası, ölkənin ən mühüm turizm obyektlərindən birinə çevrilib.
Qeyd edək ki, hər il mart ayının son həftəsindən başlayaraq may ayının sonuna qədər, turistlərin üzünə açıq olan dünyanın ən böyük gül bağçasının sahəsi 32 hektardır. Keukenhof gül bağçasında 7 milyondan çox gül əkilib.
Beynəlxalq çiçək bazarında əhəmiyyətli bir paya sahib olan Hollandiyanın gül ixracatının əksər payı Keukenhof bağçasının payına düşür.
Qeyd edək ki, Keukenhof gül bağçası ilk dəfə 1949-cu ildə yaradılıb. Muzey kimi adlandırlan Keukenhof bağı, yalnız iki ay açıq qalır. Buna səbəb lalələrin ömrünün az olmasıdır. Çiçək bağının əsas gülü isə lalədir.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB