İnsan sağlamlığına bir çox faydası olan qarğıdalı saçağının dəmləməsi gözəl tamı ilə yanaşı, həm də təbii dərman vasitəsidir. SİA xəbər verir ki, xırda-xırda doğranmış saçaqlar qaynar suda 10-15 dəqiqə qaynadıldıqdan sonra süzgəcdə süzülərək içilir. 1 stəkan isti suya 1 çay qaşığı sacaq hesablanmalıdır. Yeməkdən əvvəl gündə 2-3 dəfə içmək lazımdır. Əgər saçağı gilas sapı ilə birgə qaynadıb içə bilsəniz çəkinin azaldılmasına müsbət təsir göstərir. 10-30 sm uzunluğundakı saçaqlar sağaldıcı xüsusiyyətlərə malikdir. Qədim Çin təbabətində geniş istifadə olunurdu.
Faydaları:
- Sidik yolları, prostat vəzi xəstəliklərinin müalicəsinə müsbət təsir edir;
- Bədənin immunitetini gücləndirir, romatizma ağrılarını azaldır;
- Qanda şəkərin miqdarını tənzimləyir, çəkini aşağı salır;
- Böyrək daşı ilə mübarizədə effektlidir;
- Ürək xəstəlikləri, xroniki yorğunluğa qarşı mübarizədə kömək edir;
-Qanda xolesterolun səviyyəsini aşağı salır.
Həkimlər qarğıdalı saçağından hazırlanan çayın çəkini aşağı salmasını iddia edirlər. Hesab edirlər ki, təkbaşına arıqlada bilməz, qanda şəkərin miqdarını tənzimləyərək iştahı azaldır. Diyeta saxlayarkən bu çay daha faydalıdır, bədəndən artıq mayeni xaric edir, yağların əriməsini sürətləndirir.
Bütün xəbərlər Facebook səhifəmizdə