Gəzinti yoxsa qaçış daha sürətli arıqladır? - MARAQLI FAKTLAR

Çəki atmaq üçün məşqlərdə ən çox ağla gələn sual “Gəzmək yoxsa qaçmaq sizi daha sürətli arıqladır?” sualıdır. Araşdırmalar gəzmək və ya qaçmaq arasında bəzi fərqlərin olduğunu ortaya çıxarıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu fərq o qədər də böyük deyil.

Arıqlamaq istəyirsinizsə, mütləq idman etməlisiniz. Bunun üçün hər gün idman salonlarına gedirik, gəzirik, qaçırıq və müqavimət məşqləri edirik. İdman etməklə çəki atmaq marafonunuzda bir az çətin ola bilər. Xüsusilə, də qaçmaq daha yorucudur.

Arıqlamaq istəyənlər idman etməkdə çətinlik çəkdikləri üçün tez-tez yeriməyə üstünlük verirlər.

Bəs, gəzinti daha sürətli arıqladır yoxsa qaçmaq?

Arıqlamaq üçün kalori yandırmaq lazımdır. İdman etməklə də kalori yandıra bilərsiniz. Çəkiniz, sürətiniz, məsafəyə qaçış kimi amillər yandırdığınız kaloriyə təsir edir.

Bu faktorlara əlavə olaraq qaçdığınız məsafə kimi yamaclarda qaçmaq da kaloriyə təsir göstərir.

Təsir və yük fərqi

Normal səviyyədə gəzmək eyni sürətlə qaçışdan daha az enerji sərf etməyə imkan verir. Qaçışla gəzinti arasındakı dinamikalar bir-birindən tamamilə fərqlidir. Qaçarkən hər iki ayağınız yerdə olduğundan bədəninizdə təsir və yük artır. Gəzinti zamanı bu təsir və yük artımı son dərəcə azdır. Sürətli yürüşün qaçış və gəzinti ilə müqayisədə daha təsirli olduğunu iddia edən araşdırmalar da var.

Sürətlə yeriyəndə və qaçanda yandırdığınız kalori arasında böyük bir fərq yoxdur. Beləliklə, vaxtınız varsa, qaçmış kimi sürətlə gəzərək kalori yandıra bilərsiniz.

Qaçışla gəzinti arasında başqa bir müqayisə etsək, qaçışın bədənə daha çox yük verdiyini, ağciyər və ürək əzələlərinin yükünü artırdığını söyləyə bilərik. Bu, qaçışı daha təsirli edir.

Çəkinizə görə oynaqlarınızı gərginləşdirmək istəmirsinizsə, gəzməyi, formada qalmaq üçün qaçmağı seçə bilərsiniz.

Hər iki halda da, demək olar ki, eyni kalori yandırırsınız.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə