Fərqanə vadisində yeni bitki növü aşkar edilib...

Özbəkistan, Rusiya və Çin alimləri birgə Fərqanə vadisində Gagea cinsinin yeni növünü (qaz soğanı, zanbaq ailəsi) aşkar ediblər.

SİA xəbər verir ki, bu barədə Özbəkistan Elmlər Akademiyasının mətbuat xidməti məlumat yayıb.

Onun sözlərinə görə, yeni bitki özbək botanik, professor Furqat Xasanovun şərəfinə Gagea khassanovii adlandırılıb. ...Yeni növ Özbəkistanın Əndican vilayətində İmam dağının (Alai silsiləsi) ətəyində aşkar edilib və onun elmi təsviri nüfuzlu PhytoKeys jurnalının 2025-ci ilin iyulunda 260 nömrəli sayında dərc edilib.

Bu, Telegram kanalında yayılan mesajda deyilir.

...Özbəkistan, Rusiya və Çin alimləri birgə araşdırma aparıblar.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə