Artıq çəkisi olan insanlar ömürlərinin 10 ilə qədərini itirirlər...

Muraşko artıq çəkinin ömür uzunluğuna təsirindən danışıb...

...Piylənmə bütün bədən sistemlərinə təsir edən ciddi xəstəliklərin səbəbidir. Bunlara vaxtından əvvəl ölüm riskini artıran hipertoniya, ürək-damar xəstəlikləri və koroner ürək xəstəliyi daxil ola bilər.

Həkimlər israr edirlər ki, artıq çəki insan sağlamlığına mənfi təsir edir, hipertoniya, ürək-damar xəstəlikləri, ürəyin işemik xəstəliyi kimi xəstəliklər yaradır.

Bu, vaxtından əvvəl ölüm riskini əhəmiyyətli dərəcədə artırır. Belə ki, Rusiyanın səhiyyə naziri Mixail Muraşkonun sözlərinə görə, piylənmədən əziyyət çəkən insanlar 10 ilə qədər ömrünü itirə bilər.

O, bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda “Rusiyanın ərzaq təhlükəsizliyi: çağırışlar və strategiyalar” sessiyasında danışıb.

...Artıq çəkisi olan və bədən kütləsi indeksi 30-35 arasında olan insanlar orta hesabla 2-4 il ömrünü itirirlər. Bədən kütləsi indeksi 40-dan yuxarı olanlar isə 10 ilə qədər ömür itirirlər, - deyə nazir bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə