Ayıdan qorxan ayını qorxudub…

…ABŞ-da bir kişi ayını qorxutmaq üçün ayı paltarı geyinərək onu həyətindən uzaqlaşdırmağa çalışıb.

Və maraqlıdır ki, onun əməli işləyib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, maraqlı hadisənin videosunu bu gün, martın 25-də “The New York Post” öz YouTube kanalında dərc edib.

Deməli, hadisə Şimali Kaliforniyanın Eşvil şəhərində baş verib. Ev sahibi ayını qorxutmaq və həyətindən qovmaq üçün yaradıcılıqla məşğul olmaq qərarına gəlib.

O, cizgi filmlərində olduğu kimi “ayı kostyumu” geyinib və…özü qorxsa da amma birtəhər də olsa ərazisinə yaxınlaşan ayını qorxutmağı bacarıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə