Rusiya və Ukrayna vətəndaşlarının Türkiyədən aldıqları evlərin sayı
Rusiya-Ukrayna müharibəsi iki ölkə vətəndaşlarının Türkiyədən aldıqları evlərin sayının artmasında da özünü göstərib.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, 2022-ci ilin yanvar-noyabr ayları dövründə Türkiyədə əcnəbilərə satılan evlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10 min 389 artaraq 61 min 741 olub. Bu artımda Rusiya və Ukrayna vətəndaşları üstünlük təşkil edir.
Eyni dövrdə iki ölkə vətəndaşlarının Türkiyədən aldığı mənzillərin sayı 10 min 608 ədəd artıb.
Fevralın 24-də Rusiya-Ukrayna arasında müharibə başladıqdan sonra bu ölkələrdən köçən ruslar və ukraynalılar fevralda Türkiyədən 509 ev almışdılarsa, sonrakı aylarda satışlar sürətlə artdı və 1887 ədədə çatdı. Sonrakı aylarda azalan satışlar ilin sonuna doğru yenidən artmağa başladı və noyabrda 2575 oldu.
Eyni dövrdə Ukrayna vətəndaşlarının aldığı mənzillərin sayında da artım müşahidə olunub. Fevralda ukraynalılar Türkiyədən 111 ev alıblar. Müharibədən sonra isə satışlar sürətlə artdı, 2022-ci ilin ən yüksək rəqəmi iyun ayında 301-ə çıxdı. Sonrakı aylarda dəyişkən keçən satışlar noyabrda 277 oldu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB