Amerikalı qadın ağız ölçüsünə görə dünya rekordu qırıb

ABŞ sakini ən böyük ağız sahibi kimi Ginnesin Rekordlar Kitabına düşüb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “NDTV” məlumat yayıb.

Beləliklə, Samantha Rusmdell adlı qadının rekord qıran ağzı var. O, alma, peçenye, portağal, burger və şokolad çubuğunu tamamilə ağzına doldura bilər.

Qeyd edək ki, bu özəlliyinə görə amerikalı sosial şəbəkələrdə məşhurlaşıb.

Qadının dediyinə görə, o, uşaqlıqdan "nəhəng" təbəssümünü bilirdi, lakin bu barədə heç vaxt kompleksləri olmayıb.

Bununla belə, bir çox insan Samantanı Ginnesin Rekordlar Kitabına daxil etmək qərarını tənqid etdi. Onların fikrincə, qeydlər hər gün daha absurd və yararsız hala gəlir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə