Dünyanın ən qısa adamı adı üçün Ginnesin Rekordlar Kitabına müraciət edən Qədirzadənin əvvəlki rekorda sahib olan kolumbiyalı Edvard Hernandesdən düz 7 santimetr qısa olduğu da rəsmi olaraq qeydə alınıb.
İranda yaşayan 20 yaşlı Afşin Qədirzadə hazırda 65 santimetr boyu ilə dünyanın ən qısaboylu insanlarından biridir.
İranın şimalında yaşayan Qədirzadə bu rekordla dünyanın ən qısa boylu adamı adını almaq üçün ölkəsindən Dubaya gedib.
65 sm, 6,5 kq...
Dünyanın ən hündür binası olan Bürc Xəlifədə 24 saat ərzində 3 dəfə ölçülən Qədirzadənin boyu 65 sm, çəkisi isə 6,5 kq olub.
Bu rekordun əvvəlki sahibi, dünyada yeriyə bilən ən qısa insan rekordu ilə tanınan Edvard Hernandezin boyu 72 santimetr idi.
Bu günlərdə kifayət qədər məşhur olan Qədirzadənin həyatı heç də həmişə bu qədər gözəl olmayıb. Boyu qısa olduğuna görə, İranda məktəbə gedə bilməyən Qədirzadə yazıb-oxumağı son vaxtlar öyrəndiyini bildirib.
Qədirzadənin atası İsmail oğlu haqqında danışıb və aşağıdakı ifadələrdən istifadə edib. Davam edən müalicə və oğlumun fiziki zəifliyi onun oxumağı dayandırmasının əsas səbəbidir, əks halda psixi problemi yoxdur. Digər tərəfdən, Qədirzadə smartfonların çəkilərinə görə uzunmüddətli istifadədə ona problem yaratdığını, lakin onları çox sevdiyi üçün bunu idarə etdiyini izah edib.
Bütün xəbərlər Facebook səhifəmizdə