400 qram olaraq dünyaya gələn körpə reanimasiyada sağ qalmaq üçün mübarizə aparır. Tibb işçiləri ana məhəbbəti ilə yanaşdıqları körpənin qayğısına qalırlar ki, həyatdan möhkəm yapışsınlar. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Vanın Çaldıran rayonunda yaşayan 40 yaşlı Amine İlhan doğuş sancılarının erkən başlaması səbəbilə Yüzüncü Yıl Universiteti (YYÜ) Dursun Odabaşı Tibb Mərkəzinə müraciət edib. Dekabrın 9-da 24 həftəlik ikən dünyaya gələn qız körpənin müalicəsi reanimasiya şöbəsində aparılıb.
NƏFƏS KEÇMƏSİ VAR
Orqanları inkişaf etməyən, tənəffüs çatışmazlığı olan, çəkisi 400 qram olan “barmaq körpəsi”ni inkubatora alan tibb işçiləri qidalanmadan tutmuş baxıma kimi bütün ehtiyacları ilə yaxından maraqlanır.
YÜKSƏK HƏYAT ŞANSI
YYU Uşaq Sağlamlığı və Xəstəlikləri şöbəsinin müdiri Prof. Dr. Oğuz Tuncer, "Ananın preeklampsi (yüksək təzyiq səbəbiylə hamiləlik zəhərlənməsi) olduğu üçün vaxtından əvvəl doğuş baş verdi. Körpəni şöbəmizdə müalicə altına aldıq. Sağ qalma şansı yüksəkdir. İnşallah digər körpələrimiz kimi böyüdüb evə buraxacağıq".
SƏDAQƏT ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB