Zəif saçlar demək olar ki, hər kəsin ən böyük problemlərindən biridir.
SİA xarici mətbuata istinadən xəbər verir ki, saçların tökülməsi, saç uclarının qırılması, solğun və cansız görünüş saçların zəifləməsinin səbəblərindəndir.
Saçınıza nə qədər baxsanız da, bəzən saçınızın sağlamlığını qoruya bilmirsiniz. İstehlak etdiyiniz vitaminlər və yağlar sayəsində saçlarınıza güc qata bilərsiniz.
Qəbul edə biləcəyiniz bəzi qidalar saç köklərini gücləndirir və saç tökülməsini yavaşladır.
İspanaq
İspanaq bədəndəki dəmir çatışmazlığını bərpa edir. Dəmir çatışmazlığı saçın sağlamlığına birbaşa təsir edir. Əslində, dəmir çatışmazlığı səbəbindən saç hüceyrələri lazımi oksigeni ala bilmir. Dəmirlə zəngin olan ispanaqdan istifadə etməklə saç köklərini gücləndirə bilərsiniz.
İspanaq dəmir çatışmazlığı səbəbindən saç tökülməsini dayandırır.
Qoz
Qoz Omeqa 6 yağ turşuları, zülal, sink və dəmirlə zəngindir. Qoz bütün bu komponentlərlə saç köklərini stimullaşdırır. Saç follikullarını qidalandırır və onların sürətli böyüməsini dəstəkləyir.
Qatıq
Qatıq kalsium və zülalla zəngin qidadır. Qatığın sağlamlıq üçün bir çox faydası var. Bu da saçın sağlamlığına birbaşa təsir edir.
Sağlam və güclü saç böyüməsi üçün bədəninizin kalsium və protein ehtiyacını qarşılamalısınız. Qatıq istehlak edərək saçlarınızı gücləndirə bilərsiniz.
Yerkökü
Yerkökü bol A vitamini ehtiva edir. Yerkökü saç üçün lazım olan sebum adlı maddənin istehsalında çox aktiv rol oynayır.
Yerkökü istehlak edərək, saç köklərini qidalandıra bilərsiniz. Kök həm də saçların cansız görünüşünü yox edir. Saçın təbii parlaqlığını bərpa edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB