"Azərbaycanda qanunvericilik GMO (Genetik Modifikasiya olunmuş Orqanizm) məhsulların yetişdirilməsini və idxalını qadağan edir. Bu məhsulların tərkib hissəsi kimi rast gəlinmə ehtimalı var. Laboratoriya analizi olmadan bunu tam bilmək çox çətindir". Bu sözləri SİA-ya açıqlamasında qida üzrə mütəxəssis Asim Vəliyev deyib.
Onun sözlərinə görə, ölkə olaraq bizim ən böyük üstünlüyümüz yerli sortlardır:
"Əgər aldığımız pomidorun ətri otağa yayılırsa, içində ağ damarlar yoxdursa, kəsəndə suyu çıxırsa, təbii məhsul olduğunu deyə bilərik. Üstəlik mövsümi olmalıdır. Marketlərdəki plastik qablarda satılan, hamısı eyni boyda olan standart xarici pomidorlar əvəzinə, bazarlardakı forması bir qədər qeyri-müntəzəm olan Zirə, ya Şəmkir pomidoruna üstünlük verə bilərik. GMO-lu bitkilər adətən şablon kimi bir-birinin eynisi olur. Həmçinin marketlərdə xaricdən gələn meyvələrin üzərindəki kiçik yapışqanlara baxa bilərik. 4 rəqəmli kod normal kimyəvi gübrə ilə yetişdiyini göstərir. 9 ilə başlayan 5 rəqəmli kod tam orqanik olduğunu göstərir. 8 ilə başlayan 5 rəqəmli kod isə beynəlxalq işarədir. Məhsulun GMO olduğunu bildirir. Azərbaycan bazarında buna nadir rast gəlinsə də diqqətli olmalıyıq. Hamıya bəllidir ki, təbii məhsul tez xarab olur. Əgər bir meyvə otaq temperaturunda 2 həftə qalıb hələ də təzə kimi görünürsə, onun genetikasına müdaxilə ehtimalı ola bilər. Çürüməyə qarşı dözümlü olur. Xüsusilə idxal olunan qarğıdalı və soya tərkibli məhsullarda bu risk daha yüksəkdir. Ölkəmizdə ən çox GMO riski olan bitkilər bunlardır. Hazır souslar, marqarinlər, ucuz günəbaxan yağları alarkən etiketdə "GMO yoxdur" yazısının olub olmadığına baxmalıyıq. Təbii məhsulun içindən çıxan toxumu əksək, düzgün qulluq etsək cücərəcək. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ciddi nəzarət olsa da, ölkəyə daxil olan emal edilmiş hazır qidaların tərkibindəki soya lesitini və qarğıdalı nişastasına qarşı ehtiyatlı olmalıyıq. Bunlar çox vaxt xaricdə GMO-dan hazırlanır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB