Qoxular təhlükəli xəstəliklərin diaqnozuna necə kömək edir..?

İtlərin iybilmə qabiliyyətlərindən tibbdə istifadə edilir...

...Son illərdə tibbdə xəstəliklərin diaqnostikasında qoxudan istifadə edilməsində əsl irəliləyiş olub.

SİA-nın məlumatına görə, bu barədə rusiyalı mütəxxəsis Yelena Rodionova danışıb.

Deməli, ekspertin sözlərinə görə, müasir elm qoxuların müxtəlif xəstəlikləri necə göstərə biləcəyini fəal şəkildə araşdırır. Məsələn, insanda malyariya xəstəliyinin olub-olmadığını, hətta özü xəstə olmasa belə müəyyən edə bilən cihazlar hazırlanır. Bu, malyariyaya səbəb olan plazmodium daşıyıcısının bədən qoxusunun dəyişdirilməsi ilə mümkün olub.

Xərçəngin erkən diaqnozuna da xüsusi diqqət yetirilir. Bədxassəli şişlər bədənin maddələr mübadiləsinə təsir göstərir, bu da qoxunun dəyişməsinə səbəb olur. Alimlər hazırda xərçəngi erkən mərhələdə, xəstənin hələ xəstəlikdən xəbəri olmadığı zaman aşkar edə bilən cihazların yaradılması üzərində işləyirlər. Ən təhlükəli növlərə - ağciyər, prostat və döş xərçənginə üstünlük verilir.

Həkim həmçinin qeyd edib ki, Alzheimer və Parkinson xəstəliklərinin qoxu pozğunluğu şəklində prekursorları var. Bu təhlükəli xəstəliklərin erkən diaqnozu onların inkişafını əhəmiyyətli dərəcədə yavaşlata bilər.

Belə ki, İngiltərədə maraqlı hadisə baş verib, tibb bacısı ərinin qoxusunun dəyişməsi ilə Parkinsonizm xəstəliyinin başlanğıcını tanıyıb və bu, vaxtında həkimə müraciət etməyə imkan verib.

Bundan əlavə, itlərin iybilmə qabiliyyətlərindən tibbdə istifadə edilir.

Xüsusi təlim keçmiş itlər epilepsiya və ya diabetik koma kimi nöbetləri proqnozlaşdıran qoxuları aşkar edə bilir.

Bu dörd ayaqlı köməkçilər sahiblərinə əvvəlcədən hərəkətə keçməkdə kömək edirlər ki, bu da onların təhlükəsizlik səviyyəsini və gündəlik həyatda inamını əhəmiyyətli dərəcədə artırır.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə