Lazer epilyasiyanın yaratdığı xəstəliklər BƏLLİ OLDU - HƏKİM DANIŞDI

"Son zamanlar istər xanımlar, istərsə də bəylərin lazer epilyasiya prosedurlarına, eyni zamanda digər kosmetoloji prosedurlara tələbatı artıb və müraciət sayı çox olduğundan biz həkimlər tövsiyə edirik ki, bu durumda öz sağlamlıqlarının qeydinə qalmaq məqsədi ilə həm getdiyi müəssisədə olan cihazların nə durumda olduğunu, eyni zamanda həmin prosedurun düzgün və səmərəli şəkildə istifadəsinə diqqət etməlidirlər". Bu fikirləri SİA-ya açıqlamasında həkim-infeksionist Fidan Həsənli deyib.

Onun sözlərinə görə, hər hansı bir dəri xəstəliklərindən əziyyət çəkən insanlar varsa, xroniki dəridə olan yaralar, səpkilər, Akne müalicəsi alan xəstələr varsa, eyni zamanda irsi dəri xəstəliklərindən, Albinizmdən əziyyət çəkən şəxslər, açıq yaraları olan, hər hansı bir prosedurdan sonra çapıq izləri olanlar, eyni zamanda organizmin hər hansı bir səthində dəri xərçənginə hər hansı bir şübhəli şişlər varsa diqqətli olmalıdırlar və bu mövzuya çox həssaslıqla yanaşmalıdırlar: "Eyni zamanda "Psoriaz", "Ekzema" kimi dəri xəstəliklərindən əziyyət çəkən insanlar da lazeroloqa müraciət etməmişdən öncə öz müalicə həkimləri ilə məsləhətləşməli və öncədən öz tədbirlərini görməlidirlər. Eyni zamanda orqanizmin hər hansı bir bölgəsində limfa düyünü varsa o nahiyəyə lazer tətbiq edilməməlidir. Çünki, limfa vəziləri lazer işıqlarına qarşı daha həssas olurlar və limfa vəzilərində daha öncədən hər hansı bir limfa düyünü varsa və yaxud aşkarlanıbsa bu nahiyəni həmin şəxs öncədən öz lazeroloquna bildirməlidir və yaxşı olar ki getməmişdən öncə bu tədbirlər görülsün. Təbii ki, bu lazer tətbiq edilən şəxsin yanlışlıqla lazeroloq tərəfindən dəri təbəqəsinə hansı səviyyədə tətbiq edildiyindən çox şey asılıdır. Digər bu kimi problemləri, şikayətləri olan insanlar lazeroloqa müraciət etməlidirmi? Əlbəttə ki, müvafiq tədbirlər görülsə müraciət edə bilərlər. Yəni, əgər bu peşəkarlar tərəfindən edilərsə, bu işin mütəxəssislərinə müraciət edilərsə, eyni zamanda uyğun görülən dozadan artıq tətbiq edilmirsə lazer şüaları ciddi fəsadlar törətmir. Bu dönəmdə biz məsləhət görürük ki, dəri təbəqəsi günəş şüalarına daha çox həssas olduğu üçün günəş şüalarından maksimum az istifadə etsinlər. Eyni zamanda hamiləlik dövründə hormonların daha çox balans yarandığı dövrdə nəinki orqanizm, hətta dəri belə bu durumda həssas olur. Ona görə də yaxşı olar ki, öz genekoloqlarına müraciət etsinlər və müvafiq dermestrildən sonra lazeroloqlara müraciət edə bilərlər, bunu da təbii ki, öz həkim mütəxəssislərindən və müalicə həkimlərindən məsləhətləşə bilərlər. Yəni müvafiq tədbirlər görüldükdə və hər hansı bir şəxs öz xəstəliyi barədə müraciət edirsə, ətraflı məlumatlandırırsa və bunu da öz lazeroloquna bildirirsə lazer epilyasiyası və eyni zamanda digər kosmetoloji prosedurlar müvafiq tədbirlər görüldükdə heç bir ciddi fəsadlar vermir və eyni zamanda tədbirlər öncədən görüldükdə ağırlaşmanın da qarşısı alınmış olur".

Müəllif: Fidan Hüseynova

Bütün xəbərlər Facebook səhifəmizdə