14 mart 2025-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının, Azərbaycan Anestezioloqlar və Reanimatoloqlar Cəmiyyətinin və B.Braun şirkətinin birgə təşkilatçılığı ilə “Qaraciyər transplantasiyasında anesteziyanın və əməliyyatdan sonra intensiv terapiyanın xüsusiyyətləri” mövzusunda ekspertlərin görüşü həyata keçiriləcək. SİA xəbər verir ki, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektor müavini, Azərbaycan Anestezioloqlar və Reanimatoloqlar Cəmiyyətinin sədri, t.ü.f.d Zəhra Vəzirova və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri, t.ü.f.d. Yeganə Abbasovanın moderatorluğu ilə həyata keçiriləcək tədbirdə Mərkəzi Gömrük Hospitalının anestezioloq-reanimatoloqu Rəşad Nəsirli “Qaraciyər transplantasiyasında anesteziyanın xüsusiyyətləri”, Xəyal Məmmədov isə “Qaraciyər transplantasiyasında əməliyyatdan sonra intensiv terapiyanın xüsusiyyətləri“ mövzularında təqdimatla çıxış edəcəklər və auditoriyanı maraqlandıran suallar cavablandırılacaqlar.
Tədbir saat 15:30-dan 18:00-dək əyani şəkildə Mərkəzi Gömrük Hospitalının akt zalında həyata keçiriləcək. Tədbirdə iştirak dəvətnamə əsasında həyata keçiriləcək.
Proqramla tanış olmaq üçün keçid: https://customshospital.az/qaraciyer-transplantasiyasinda-anesteziyanin-ve-emeliyyatdan-sonra-intensiv-terapiyanin-xususiyyetleri/#gsc.tab=0
Tədbirlə bağlı əlaqə: (051) 232 66 64
Bütün xəbərlər Facebook səhifəmizdə