Dodaqlarınız çatlayır, dəridə sızanaqlar yaranır, deməli...

...Sizdə B vitamini çatışmazlığı var

...B vitaminlərinin çatışmazlığı sızanaqlara və dodaqların çatlamasına səbəb ola bilər.

SİA-nın məlumatına görə, bu barədə rusiyalı həkim danışıb.

O, qeyd edib ki, vitamin çatışmazlığı konkret maddələrin çatışmazlığından asılı olaraq müxtəlif formalarda özünü göstərir.

Məsələn, toxunulmazlığın azalması, xroniki yorğunluq və tez-tez soyuqdəymə C və D vitaminlərinin çatışmazlığını göstərə bilər.

Yaddaş və konsentrasiya ilə bağlı problemlər də tez-tez B vitaminlərinin çatışmazlığı ilə əlaqələndirilir.

Saç və dırnaqların pisləşməsi A, E və B vitaminlərinin çatışmazlığı ilə əlaqələndirilir.

Sağlamlığı qorumaq üçün həkim lif və qida maddələri ilə zəngin olan ispanaq, brokoli, arugula və yaşıl soğanı pəhrizə daxil etməyi tövsiyə edib.

Onun sözlərinə görə, çiyələk və gilasda çoxlu miqdarda antioksidant eləcə də vitamin var.

Kefir və qatıq kimi fermentləşdirilmiş süd məhsulları isə bağırsaq mikroflorasını normallaşdırmağa kömək edir. Bundan əlavə, mütəxəssis sağlam yağlar və mikroelementlər olan qoz-fındıq və toxumların faydalarını qeyd edib, çörək, makaron və düyü də daxil olmaqla bütün taxıl məhsulları enerji səviyyəsini saxlamağa, orqanizmi liflə təmin etməyə kömək edir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə