...Səhər təzə və dincəlmiş bir üz görmək istəyirsən, amma təəssüf ki, şişkinlik və yorğunluqdan qaçmaq həmişə mümkün deyil.
SİA-nın kosmetoloqdan əldə etdiyi məlumata görə, üzün şişməsi tez-tez bədəndə mayenin tutulması səbəbindən baş verir və bunun üçün limfa sistemi günahkardır.
...Əlbəttə kosmetoloq yalnız üzə təsir edə bilər, lakin bütövlükdə - bütün bədəndə limfa sisteminin işinə başlamağı öyrənsək, daha təsirli ola bilər.
Sistem bütövlükdə nə qədər aktiv işləyirsə, şişkinliklə mübarizə aparmaq bir o qədər asan olur.
Səhər şişkinlik hiss etsəniz, panik etməyin.
Kosmetoloqun fikrincə, ilk növbədə hidrojel göz yamaqları kömək edə bilər ki, bu da mayenin, xüsusən də aşağı göz qapağı nahiyəsində mexaniki olaraq axmasına kömək edir.
Başqa bir seçim üz masajı rulonlarıdır, lakin onların səthinin hamar olmasını təmin etmək vacibdir.
Ekspertin fikrincə, ən təsirli yol fiziki fəaliyyətdir. Boyun və çiyin nahiyəsinin əzələlərini uzatmağa və rahatlamağa yönəlmiş məşqlər xüsusilə faydalıdır.
Gərginliyi aradan qaldırmaq və bədəni istirahətə hazırlamaq üçün axşam saatlarında belə məşqlər toplusunu etmək yaxşıdır.
Bəs üzünüz hələ də yaxşı görünməyən səhər nə etməli? Bədənin əzələlərini işlətməyə yönəlmiş cəmi 10-15 dəqiqəlik aktiv məşqlər və üzünüz dərhal sağlam eləcə də təravətli görünüş qazanacaq.
Məsələn, qan dövranını və limfa axınını stimullaşdırmaq üçün yerində atlaya və ya bəzi dinamik məşqlər edə bilərsiniz.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə