Xərçəngə qarşı yeni peyvəndlər hazırlanır…

Rusiyalı alimlər mRNT əsaslı vaksinlərə və dendritik hüceyrələrə xüsusi diqqət yetirməklə, xərçəngin müalicəsi üçün yeni immunoterapiya üsulları hazırlayırlar.

SİA xəbər verir ki, bu barədə “Sirius” teleqram kanalı məlumat yayıb.

Petrov adına Milli Tibbi Tədqiqat Onkologiya Mərkəzinin mütəxəssisləri dendritik hüceyrələrə əsaslanan peyvəndin hazırlanmasına görə milli “Çağırış” mükafatını qazanıblar. Tədqiqatçıların fikrincə, bu dərman immun sistemini aktivləşdirir, ona şişi tanımağa və orqanizmin müdafiə mexanizmlərini işə salmağa imkan verir.

Onun klinik praktikaya tətbiqi planları sarkoma və melanoma müalicəsi üçün 2026-cı ilə planlaşdırılır.

Qarşıdakı illərdə müxtəlif növ xərçəng vaksinlərinin klinik sınaqlarının nəticələrini gözləyirik.

…Bu, çox güman ki, onkoloji xəstəliklərin müalicəsinin nəticələrinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına gətirib çıxaracaq.

İddialara görə, mRNT vaksinləri şişin spesifikliyinə tez uyğunlaşma üstünlüyünə malikdir. Onların istehsalı üçün yalnız RNT sintezi tələb olunur ki, bu da onların yaradılmasını asanlaşdırır və xərclərini azaldır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə