Azərbaycana Litvadan quşçuluq məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub. SİA xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Qeyd olunub ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Litvanın Klayped regionunda yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Məlumata görə, Azərbaycan ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün Klayped regionunda zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə