Nefrologiya nədir və nə zaman nefroloqa müraciət etmək lazımdır?

Mərkəzi Gömrük Hospitalının Efferent terapiya şöbsinin rəisi, nefroloq Dr.Mirmənsim Məmmədov 5 fevral 2025-ci il tarixində saat 15.00-da “Nefrologiya nədir və nə zaman nefroloqa müraciət etmək lazımdır?” mövzusunda canlı yayımda çıxış edəcək və sizin suallarınızı cavablandıracaq. SİA xəbər verir ki, Dr.Mirmənsim Məmmədov Mərkəzi Gömrük Hospitalında nefroloji və böyrək transplantasiyası olmuş xəstələrin polikilnik və stasionar müalicəsini, hemodializ kateterinin qoyulmasını, daimi hemodializ kateterinin qoyulmasını, kəskin və xroniki böyrək çatışmazlığında hemodializ, hemofiltrasiya, izolyasiya olunmuş ultrafiltrasiya, membran plazmafarez və böyrəklərin incə iynə ilə biopsiyası prosedurlarını həyata keçirir. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/mirmensim-memmedov/#

Dr.Mirmənsim Məmmədov 2008-ci ildə Azərbaycan Tibb Universitetini bitirmiş, 2008-2009-cu illərdə Mərkəzi Dəmiryol xəstəxanasında internatura keçmişdir. O, 2011-2013-cü illərdə dövlət tibb müəssisəsində həkim-nefroloq kimi çalışmışdır. Dr.Mirmənsim Məmmədov 2013-cü ildən Mərkəzi Gömrük Hospitalında nefroloq, 2018-ci ildən isə Hospitalın Nefrologiya və Efferent terapiya şöbəsinin rəisi kimi fəaliyyət göstərir. Daim öz bilik və bacarıqlarını artıran, özünə qarşı çox tələbkar olan yüksəkixtisaslı mütəxəssisdir.

Dr.Mirmənsim Məmmədov müxtəlif illərdə xarici ölkələrdə təşkil olunan təkmilləşdirmə kurslarında, beynəlxalq konqreslərdə iştirak etmişdir. Belə ki, 2009-2011-ci illərdə Türkiyə 9 Eylül Universitetinin nefrologiya kafedrasında, 2015-ci ildə Türkiyənin Akdeniz Univerisitetinin Orqan Transplantasiyası Mərkəzində təkmilləşdirmə kursları keçmişdir. O, 2015-ci ildə Türkiyənin Ankara şəhərində XII Beynəlxalq İntensiv Terapiya konqresində və 2018-ci ildə Antalyanın Belek şəhərində Beynəlxalq nefroloji, hipertoniya, dializ və transplantasiya konqresində iştirak etmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə