“Pediatriyada müzakirəli məsələrə müasir baxış”

3 iyun 2024-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və Abbott şirkətinin birgə təşkilatçılığı ilə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Pediatriyada müzakirəli məsələrə müasir baxış” mövzusunda Beynəlxalq Elmi Konfrans həyata keçiriləcək. SİA xəbər verir ki, konfransda “Uşaqlarda mədə-bağırsaq sisteminin funksional pozğunluğu-qəbizlik”, “Uşaqlarda qəbizliyin cərrahi səbəbləri”, “Uşaqlarda tonzillit” və “Epşteyn Barr infeksiyası – differensial diaqnostika” mövzularında ümumilikdə 4 məruzə dinləniləcək. Konfrans müzakirələr və sual-cavab sesiyaları vasitəsilə interaktiv şəklində həyata keçiriləcək.

Konfrans proqrama uyğun olaraq xüsusilə pediatr, uşaq cərrahı, otolarinqoloq və infeksionist ixtisasına malik həkimlər və rezidentlər üçün nəzərdə tutulmuşdur. Konfrans əyani olaraq Mərkəzi Gömrük Hospitalının akt zalında, distant olaraq zoom platformasında həyata keçiriləcək.

Konfransın akkreditasiya edilməsi üçün Səhiyyə Nazirliyinə müraciət edilmişdir. Konfransda iştirak ödənişsizdir. Qeydiyyatdan keçmək mütləqdir!

Əyani iştirak üçün qeydiyyat linki: https://forms.gle/ydCo9uYniKe7zzDZ6
Distant iştirak üçün qeydiyyat linki: https://us06web.zoom.us/webinar/register/WN_-3WkjcKQS7S9TkRKrMqa0Q
Tədbir barədə detallı məlumat almaq üçün keçid: https://customshospital.az/pediatriyada-muzakirli-meselere-muasir-baxis/#gsc.tab=0

Bütün xəbərlər Facebook səhifəmizdə